Şou-biznes

Tanınmış teleaparıcı "Qarabağ"a "transfer" olundu - FOTO

2 Avqust 2013 20:27
4 Şərh     Baxış: 4 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lider telekanalının və Radio Antenn-in efirindən hər kəsə tanış olan aparıcı Rəhman Rəsulov həm də qatı futbol azarkeşidir. O, avqustun 1-də Tofiq Bəhramov stadionunda keçirilən "Qarabağ" - "Gelfe" matçına Lider televiziyasından olan iş yoldaşları ilə birgə gəlib və sona qədər komandanı dəstəkləyib.

Hamının "Xəzər Lənkəran" futbol klubunun sadiq azarkeşi kimi tanıdığı teleaparıcı artıq "Qarabağa" "transfer" olunduğunu da gizlətməyib. Oyundan sonra Rəhman öz Facebook səhifəsində "Qarabağ"ın qələbəsi ilə bağlı aşağıdakı sözləri də yazıb:

"Qarabağ klubu mənim kimi azarkeşi transfer etməyi bacardı. Möhtəşəm Qarabağ... Davamı gəlsin... Bir yerdə Qarabağa dəstək olduq. Mənimlə birgə Qarabağ qışqıran hər kəsə təşəkkür".

Milli.Az-a açıqlamasında isə Rəhman "Xəzər Lənkəran"a azarkeşlikdən imtina etmədiyini deyib.

""Xəzər" doğma komandamızdır. Ona olan sevgimiz bitməz. Ancaq son oyunda 0-8 hesabı ilə uduzmaqla, hamı kimi məni də məyus etdi. Ancaq "Qarabağ" hamımızı sevindirdi".

Azərbaycan futbolundan başqa, Rəhman Türkiyədə "Fənərbağça" klubuna azarkeşlik etdiyini deyib.

"Bu komandanın bütün oyunlarını izləyirəm. Hətta İstanbulda olarkən "Fənər"in stadionuna da baxmağa getmişdim. "Fənər" məni heç vaxt məyus eləmir", - o əlavə edib.

Teymur Hacıyev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.