Şou-biznes

"Müxtəlif ölkədə yaşayan dostlarımdan dəvətlər gəlir"

2 Avqust 2013 18:21
0 Şərh     Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Elza Seyidcahan istirahətə vaxt tapa bilməməkdən gileylənib
Axşam.az-ın məlumatına görə, sulara verdiyi konsertin səs-sorağı səngiməmiş, müğənni yeni layihənin hazırlıqlarına başlayıb.
 
Elza Seyidcahan bir çox xarici ölkəyə dəvət olunduğunu, amma imtina etdiyini deyib:

"Yay gəlməsinə baxmayaraq işdən vaxt tapıb istirahətə gedə bilmirəm. Baxıram bütün sənət dostlarım dincəlir. Deyirəm şou-biznesi, bu meydanı boş qoymaq olmaz. Mən də burada işlərimlə məşğul oluram. Hər gün müxtəlif ölkədə yaşayan dostlarımdan dəvətlər gəlir.

Ailəmlə birlikdə məni xaricə dincəlməyə çağırırlar. Mən də hamıya söz verib insanları mədəni sürətdə aldadıram. Hələ ki, heç yerə gedib çıxa bilməmişəm".

Əməkdar artist yaxın günlərdə "Lütf" adlı yeni layihə təqdim edəcəyini də deyib. Bu konsertdə də tamaşaçılar onu fərqli geyimdə və saç düzümündə görəcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.