Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Necəsiniz, maşallah, hər yerdə səhnə fəaliyyətinizin 50 illiyi bayram kimi qeyd edilir...
- Necə olacağam, əla. Mənim dünyaya gəlişim və səhnə fəaliyyətimin 50 illiyi bir bayram kimi qeyd edilir, düşmənlərim də baxıb çatlayırlar, ürəkləri partladıram. ATV Müstəqil Teleradio Kompaniyasının efirində "Şən bazar" verilişində start götürən silsilə yubiley tədbirləri digər telekanallarda da davam etdiriləcək. Avqustun 17-də "Space" kanalının "Hər səhər" verilişinin 4 saatlıq canlı efir vaxtı bütünlüklə mənim həyat və yaradıcılığına həsr olunacaq. Həmin verilişdə millət vəkilləri, görkəmli sənətkarlar, mədəniyyət xadimləri, ziyalılar iştirak edib məni təbrik edəcəklər.
- Təbrik edirik, təzə titulunuz da mübarək.
- Sağ ol. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə mədəniyyət və incəsənət sahəsində göstərdiyim xidmətə görə "Ustad Sənətkar" ali media mükafatına layiq görüldüm. Həmin ödül mənə "Space" kanalının "Hər səhər" verilişinin canlı efirində təqdim olunacaq. Deyim ki, "Lider" telekanalında da ad günü və səhnə fəaliyyətimin yarıməsrlik yubileyi münasibəti ilə xüsusi veriliş hazırlanır. Qısaca, hər şey gözəldir.
- Elə özünüz də gözəlsiniz, amma bu gözəlliyin reseptini bilə bilmirik e...
- Bir sirr var ki, o da mənim içimin büllur kimi saf, təmiz olmasındadır. İçin gözəl oldusa, sənə zaval yoxdur. O gün televiziyada yubiley törəni zamanı mənə dedilər ki, səhnə fəaliyyətinin 50 illik yubileyidir, yaşın isə çox cavandır. Sağ olun ki, məni belə gözəl görürsünüz.
- Gözəl nənəsiniz həm də. Nəvədən nə xəbər?
- Qığıldayır özü üçün. Çox diribaş, enerjili, aktiv uşaqdır. Mənə oxşayıb. İkimiz də enerjiliyik.
- Gəlininizdən necə, razısınızmı?
- Çox yaxşı, evi ayrı, qəmi ayrı. Mən onun üçün hər cür şərait yaratmışam, yaşasınlar özləri üçün. Mən cavan nənəyəm və xoşbəxtlərin xoşbəxtiyəm. Sevinənlər sevinsin, sevinməyənlərin də gözü çıxsın.
- Hədiyyə sevənsiniz, bilirəm...
- Çox olacaq hədiyyələr.
- Özəl hədiyyə də olacaq, yəqin?
- Sözsüz, amma qabaqcadan danışmayaq bu barədə. Sürpriz sevənəm, sürprizlər olacaq. Amma mənim üçün indiyə qədər ən böyük hədiyyə ulu öndər Heydər Əliyevin verdiyi "Şöhrət" ordenidir. Mən özümü buna görə çox şanslı sayıram.
- Doğum gününüzdə birdən jest edib, küsülü həmkarınız Nazpəri Dostəliyeva sizə barışıq təklif etsə, barışarsınız?
- Burada söhbəti bağla, qanımızı qaraltmayaq. Mən bayramdan danışıram, sən də qan qaraldırsan. Başqa söhbət elə. Olmadı ki, bu...
- Mən bilirəm ki, sizə qarşı atılan addımları qiymətləndirən xanımsınız, ona görə soruşdum, amma qanınızı qaraltdımsa, üzr istəyə bilərəm...
- Bu söhbətə qayıtmayaq, amma o məsələyə gəlincə, onu zaman göstərər.
Milli.Az
İlhamə Quliyeva: "Düşmənlərim baxıb çatlayırlar"
2 Avqust 2013 10:17
30 Şərh
Baxış: 3 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Publika.Az bu münasibətlə xalq artistindən müsahibə alıb:Avqustun 17-də Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli İlhamə Quliyevanın səhnə fəaliyyətinin 50 illik yubileyi və doğum günüdür
- Necəsiniz, maşallah, hər yerdə səhnə fəaliyyətinizin 50 illiyi bayram kimi qeyd edilir...
- Necə olacağam, əla. Mənim dünyaya gəlişim və səhnə fəaliyyətimin 50 illiyi bir bayram kimi qeyd edilir, düşmənlərim də baxıb çatlayırlar, ürəkləri partladıram. ATV Müstəqil Teleradio Kompaniyasının efirində "Şən bazar" verilişində start götürən silsilə yubiley tədbirləri digər telekanallarda da davam etdiriləcək. Avqustun 17-də "Space" kanalının "Hər səhər" verilişinin 4 saatlıq canlı efir vaxtı bütünlüklə mənim həyat və yaradıcılığına həsr olunacaq. Həmin verilişdə millət vəkilləri, görkəmli sənətkarlar, mədəniyyət xadimləri, ziyalılar iştirak edib məni təbrik edəcəklər.
- Təbrik edirik, təzə titulunuz da mübarək.
- Sağ ol. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə mədəniyyət və incəsənət sahəsində göstərdiyim xidmətə görə "Ustad Sənətkar" ali media mükafatına layiq görüldüm. Həmin ödül mənə "Space" kanalının "Hər səhər" verilişinin canlı efirində təqdim olunacaq. Deyim ki, "Lider" telekanalında da ad günü və səhnə fəaliyyətimin yarıməsrlik yubileyi münasibəti ilə xüsusi veriliş hazırlanır. Qısaca, hər şey gözəldir.
- Elə özünüz də gözəlsiniz, amma bu gözəlliyin reseptini bilə bilmirik e...
- Bir sirr var ki, o da mənim içimin büllur kimi saf, təmiz olmasındadır. İçin gözəl oldusa, sənə zaval yoxdur. O gün televiziyada yubiley törəni zamanı mənə dedilər ki, səhnə fəaliyyətinin 50 illik yubileyidir, yaşın isə çox cavandır. Sağ olun ki, məni belə gözəl görürsünüz.
- Gözəl nənəsiniz həm də. Nəvədən nə xəbər?
- Qığıldayır özü üçün. Çox diribaş, enerjili, aktiv uşaqdır. Mənə oxşayıb. İkimiz də enerjiliyik.
- Gəlininizdən necə, razısınızmı?
- Çox yaxşı, evi ayrı, qəmi ayrı. Mən onun üçün hər cür şərait yaratmışam, yaşasınlar özləri üçün. Mən cavan nənəyəm və xoşbəxtlərin xoşbəxtiyəm. Sevinənlər sevinsin, sevinməyənlərin də gözü çıxsın.
- Hədiyyə sevənsiniz, bilirəm...
- Çox olacaq hədiyyələr.
- Özəl hədiyyə də olacaq, yəqin?
- Sözsüz, amma qabaqcadan danışmayaq bu barədə. Sürpriz sevənəm, sürprizlər olacaq. Amma mənim üçün indiyə qədər ən böyük hədiyyə ulu öndər Heydər Əliyevin verdiyi "Şöhrət" ordenidir. Mən özümü buna görə çox şanslı sayıram.
- Doğum gününüzdə birdən jest edib, küsülü həmkarınız Nazpəri Dostəliyeva sizə barışıq təklif etsə, barışarsınız?
- Burada söhbəti bağla, qanımızı qaraltmayaq. Mən bayramdan danışıram, sən də qan qaraldırsan. Başqa söhbət elə. Olmadı ki, bu...
- Mən bilirəm ki, sizə qarşı atılan addımları qiymətləndirən xanımsınız, ona görə soruşdum, amma qanınızı qaraltdımsa, üzr istəyə bilərəm...
- Bu söhbətə qayıtmayaq, amma o məsələyə gəlincə, onu zaman göstərər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





