Şou-biznes

Xalq artisti xanımını klipinə çəkdi - VİDEO

10 Oktyabr 2025 18:30
Baxış: 366
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti Miri Yusif "İstanbul" adlı yeni mahnı ifa edib. 

Milli.Az xəbər verir ki, Türkiyə türkcəsində yazılan bəstənin söz və musiqisini isə Zamiq Əliyev (Yap10) yazıb. Nəğmənin aranjimanı Burak Subaşıya və səs uzlaşması Uğur Özdemirə məxsusdur. 

Xalq artisti bu nəğməsinə Türkiyədə ekran həyatı verib. 

"İstanbul" mahnısına klipi Elay Elxan çəkib. Layihədə baş qəhrəman ifaçının 17 illik xanımı Nərgiz Mirbabayeva olub. 

Sözügedən mahnı artistin rəsmi yutub kanalı və bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.