Şou-biznes

Jah Khalibdən Eyyub Yaqubova böyük jest

7 İyul 2025 23:29
Baxış: 1 090
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qazaxıstanlı tanınmış reper Jah Khalib son layihəsində azərbaycanlı musiqi sevərlər üçün yad olmayan mahnıdan ilhamlanıb.  
                          
Milli.Az xəbər verir ki, reper yeni mahnısının giriş hissəsində Eyyub Yaqubovun repertuarına müraciət edib.
 
Jah Khalib "Бакинка" adlanan yeni mahnısında Xalq artisti Eyyub Yaqubovun 1999-cu ildə təqdim etdiyi "Бакинка" mahnısından qısa hissə təqdim edib.
 
Layihə reperin "YouTube" kanalında yayımlanıb.
 
Qeyd edək ki, "Bakinka" mahnısı Eyyub Yaqubovun repertuarında ən çox sevilən və tanınan mahnılardan biridir.

Mahnının musiqisi Aleksandr Rodinə, sözləri isə Leonid Tabolskiyə məxsusdur.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.