Şou-biznes

Cüneyt Arkının evində miras QALMAQALI

16 Oktyabr 2023 12:07
Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir il  əvvəl dünyasını dəyişən məşhur türkiyəli aktyor Cüneyt Arkının mirasının bölünməsinə birinci həyat yoldaşı Filiz Cüreklibatırdan olan qızı etiraz edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Arkını qızı Filiz atasının digər arvadı Betül Cüreklibatır, qardaşları Murat Cüreklibatır və Kaan Polat Cüreklibatıra qarşı mirasdan əmlak oğurladıqlarını əsas gətirərək məhkəməyə şikayət edib.

İstanbul Asliye Məhkəməsində gedən prosesə görə, Cüneyt Arkın qızından atasının Leventdə olan evi gizlədilib. İddiaya əsasən, həmin ev atasına təzyiq edilərək guya oğullarına və həyat yoldaşına bağışlanıb. 

Arkın qızına miras payını verəcəyini də bildirib. Ərizədə Filiz Cüreklibatıra vəd edilən miras payının heç vaxt verilmədiyi bildirilib.

Cüneyt Arkın mülkünü həyat yoldaşı Betül Cüreklibatır və oğulları Murat Cüreklibatır və Kaan Polat Cüreklibatıra qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.