“Sosial şəbəkələr müğənniləri əlçatan etdi, biz sənətkarların yanında mikrofon götürməzdik”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yeniliklərim çoxdur. Ritmik mahnımız var. Yay da gəlir, onu ifa edəcəyəm. Kliplər də çəkdirməyi planlayıram. Bütün sənət dostlarımın yenilikləri olsun, mən də baxıb sevinim. Mən dostluğa önəm verən şəxsəm. Heç kimə paxıllığım yoxdur. Mənim düşmənim yoxdur. Əgər bir insana dost deyib, çörək kəsmişəmsə ona həmişə hörmət etməyə çalışmışam. 34 ildir ki, sənətdəyəm, qalmaqalla gündəmə gəlməmişəm".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Aynur Dadaşova deyib. Müğənni özünü restoran biznesində də sınadığını bildirib.
"İnsan hər şeydə özünü sınamalıdır. Mən də restoran biznesində özümü sınamaq istədim. Qardaş ölkə Türkiyədə hər müğənninin öz səhnəsi var. Orada tək özü çıxış edir. Bu artıq bizdə də var. Şükür Allaha, işlər də yaxşı gedir. Düzdür, hər iş çətindir, amma zəhmətlə, əziyyətlə bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür. Hər kəsin öz ruzisi var" deyə müğənni bildirib.
Müğənni gənclərdən də danışıb.
"İndi sənətə gələn gənclər ancaq pul qazanmağı düşünürlər. Sənət üçün işləyənlər çox azdır. Elə onu istəyirlər ki, sənətə gələn kimi maşınları, evləri, villaları olsun. Maddiyat hər şeyi üstələyib. Müğənni əlçatan oldu. O vaxt müğənnilərdən avtoqraflar alırdılar, müğənnilərin şəkillərini yığıb saxlayıb, fanatlıq edirdilər. Sosial şəbəkələr müğənniləri əlçatan etdi. Bunun günahını mən ancaq sosial şəbəkələrdə görürəm. O vaxt bizləri də toylara dəvət edirdilər də. Özümüzdən böyük sənətkarın, müğənninin yanında əlimizə mikrofon götürə bilməzdik. Qorxurduq. Mikrofonu götürmək üçün 5-6 dəfə icazə alırdıq" deyə müğənni bildirib.
Aynur Dadaşova səsinin qeyri-adiliyindən də danışıb.
"Çöldə məni simamdan tanımırlar. Çünki mən adi həyatda makiyajdan istifadə etmirəm. Deyirəm ki, filan şey neçəyədir? O dəqiqə səsimi çıxaran kimi tanıyırlar. Səsim həm də sanballı, dolu səsdir. Bəzən istəyirəm ki, incə danışım, amma alınmır. Səsim belədir də. Bir gün səsimi dəyişib anama zəng etdim. O da incə səslə məni qəbul etmədi, təəccübləndi" deyə Aynur Dadaşova deyib.
Müğənni geyimlərindən də danışıb.
"Hər zaman uzun əlbəsələr deyinmişəm. Xanımlarımız bəzən yazır ki, 21-ci əsrdir, stilini dəyiş. Nə qədər olmasa da, biz Azərbaycanlıyıq. Xanım özünə dəyər verməyi bacarmalıdır. Modelyerlər geyimlərimi dəyişsələr belə hər şeyi qaydasında saxlamağı bacarıram" deyə o bildirib.
Aynur Dadaşova "Hansı mahnınıza görə çox pul qazanmısıız?" sualına belə cavab verib.
"Elşən Xəzər, Aqşin Fatehlə oxuduğum duetə görə çox pul qazanmışam. Bu mahnıdan sonra bizi bütün xarici dövlətlərə dəvət etdilər. Hətta İsrailə də getmişdik. Etiraf edim ki, o vaxt bu mahnıdan çox pul qazandıq. Hər kəs o mahnını bizdən tələb edirdi" deyə müğənni bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Çağla Boz barəsində qərar verildi
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
XƏBƏR LENTİ
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi
-
Birinci sinfə gedən şagirdlərin sayı açıqlandı





