Şou-biznes

Şahzadələr “dolanmaq üçün” yaxta və mülklərini satırlar

25 Aprel 2022 09:42
0 Şərh     Baxış: 1 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Wall Street Journal" xəbər verir ki, Səudiyyə Ərəbistanında hakim sülalədən olan bəzi şahzadələr maliyyə problemləri səbəbindən ABŞ və Avropada daşınmaz əmlak və yaxtalarını satırlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəzetin məlumatına görə, vəliəhd şahzadə Məhəmməd bin Salman onların bir çox pul mənbələrini kəsib.

Nəşr yazır ki, şahzadələr "dolanmaq üçün" son illər ərzində dəyəri 600 milyon dollardan çox olan daşınmaz əmlak, yaxtalar və sənət əsərləri satıblar. Bu pullar onlara vergiləri ödəmək və əmlakın saxlanması, həmçinin təyyarə və gəmilərin parklanması xərclərini ödəmək üçün lazımdır.

Həmçinin bildirilir ki, bəzi hallarda kral sülaləsinin üzvləri vəliəhdin çox diqqətini cəlb etməmək üçün "daha ​​az dəbdəbəli aktivlərə" sahib olmaq istəyi ilə hərəkət edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.