Şou-biznes

Tanınmış model ərini bıçaqlayıb - 15 il həbs oluna bilər - FOTO

16 Yanvar 2022 17:22
0 Şərh     Baxış: 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən "Vogue" jurnalının 27 yaşlı modeli Lilia Sudakova 15 il müddətinə həbs oluna bilər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rusiyalı model törətdiyi cinayəti etiraf edib. İstintaqla müəyyən edilib ki, cinayət 2020-ci il noyabrın 28-də cütlüyün yaşadığı binada törədilib. Liliyanın sözlərinə görə, hadisədən bir gün öncə evə içkili gələn həyat yoldaşı Sergey Papovla birlikdə olmaqdan imtina edib. Ertəsi gün isə əri evə başqa bir qadınla gəlib.

Dəfələrlə ərindən şiddət görməsi ilə bağlı şikayətçi olan Liliya onun xəyanəti və aqressiv davranışı səbəbindən özünü müdafiə etmək üçün Sergeyi bıçaqladığını bildirib. Sergey aldığı zərbələrdən bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.

İstintaq zamanı modelin təcili yardım çağırması, zərərçəkənə ilkin tibbi yardım göstərməsi, həkim və polis gələnə qədər onun yanında olması, eyni zamanda müstəntiqlərə ətraflı ifadə verməsi nəzərə alınıb.

Buna baxmayaraq Liliyanın 15 ilə qədər həbs olunacağı bildirilib. Məhkəmə yaxın aylarda baş tutacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.