Şou-biznes

Xalq artistinin xanımı ərinin öldüyü gün baş verən mistikadan danışdı

4 Dekabr 2021 03:34
0 Şərh     Baxış: 1 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Aleksandr Qradskinin dəfnində iştirak edən jurnalist Nikita Turçin musiqiçinin ölümündən dərhal sonra baş verən qəribə əhvalatdan xəbər tutub.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bəstəkarın dul arvadı Marina Kotaşenko ona müəmmalı hadisəni danışıb.

Onun sözlərinə görə, əri dünyasını dəyişən gün onların evində, eləcə də "Qradski holl" teatrında saatlar yatıb. "Life" xəbər verir ki, jurnalist də öz növbəsində hekayəni "BLITZ+" portalı ilə bölüşüb.

"Onun öldüyü gün mənzilində, üstəlik teatrında olan saatlar yatdı. Belə bir sirli əhvalat...", - Turçin Kotaşenko deyib.

Aleksandr Qradski noyabrın 28-də xəstəxanada 72 yaşında dünyasını dəyişib. Rusiyanın xalq artisti ilə vida mərasimi "Qradski Hall" teatrında, dəfn mərasimi isə Vaqankovskoye qəbiristanlığında baş tutub. Musiqiçini son səfərində Pelageya, Leonid Aqutin, Konstantin Ernst, Lev Leşşenko, Qriqori Leps və sənətçinin çoxsaylı pərəstişkarları, həmkarları və dostları müşayiət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.