Rusiya

Bu, Rusiya ilə aparılan müharibənin bir hissəsidir - Senator

23 Mart 2024 11:33
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Krokus Siti Holl"da baş verən terror aktı Qərb kəşfiyyat xidmətlərinin uzun illərdir Rusiya ilə apardığı müharibənin bir hissəsidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı senator Andrey Klişas bildirib.

"Krokusda törədilən terror aktı araşdırılacaq və biz onu törədənləri tapacağıq, lakin bu gün mən şübhə etmirəm ki, bu hücum Qərb kəşfiyyat xidmətlərinin uzun illərdir Rusiya ilə apardığı müharibənin bir hissəsidir. Biz hər şeyi xatırlayırıq. 90-cı illərdə Qafqazdakı terrorçular, 2014-cü ildə Ukraynada dövlət çevrilişi, Minsk razılaşmalarının pozulması, Novorossiyada dinc əhalinin məhv edilməsi, russofobiya, neonasizmə dəstək, Krokus... Bunlar hamısı eyni müharibənin mərhələləridir", - senator deyib.

Qeyd edək ki, "Krokus Siti Holl"da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.