Din

Namaz vaxtı DƏYİŞDİ

19 Mart 2016 13:47
4 Şərh     Baxış: 8 975
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu ildən etibarən yay vaxtına keçidin ləğv olunması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi vətəndaşlara müraciət edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, müraciət namaz əhlinə ünvanlanıb.

Bildirilib ki, yay vaxtına keçidin ləğv edilməsilə əlaqədar QMİ-nin rəsmi saytında təqdim olunan namaz vaxtları cədvəllərində 27 mart 2016-cı il tarixdən başlayaraq bütün namaz vaxtlarından 1 saat çıxılmalıdır.

"Örnək: Cədvəldə Bakı şəhəri üçün 27 mart tarixinə göstərilmiş sübh azanı vaxtı: 06:12. Bu göstəricidən 1 saat çıxırıq (06:12 - 01:00) və həmin tarixdə Bakı üçün sübh azanı vaxtını müəyyən edirik: 05:12.

Allah ibadətinizi qəbul eləsin!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.