Bölgə xəbərləri

Gəncə şəhərində vakant dövlət qulluğu vəzifələrinə qəbul imtahanı keçirilib

2 Avqust 2013 18:41
Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, 124 müsabiqə iştirakçısından 40-ı müsabiqənin ikinci mərhələsinə buraxılış hüququ alıb. Qeyd edək ki, müsabiqə üçün 50 yer təqdim olunub. Gəncə şəhər İcra Hakimiyyəti və şəhər Məşğulluq Mərkəzinin birgə təşəbbüsü ilə TQDK tərəfindən dövlət qulluğuna qəbul imtahanı keçirilib. Məqsəd Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində olan qəsəbələrdə, eləcə də inzibati idarələrdə boş iş yerlərinə savadlı kadrların cəlb edilməsidir.

Gəncə şəhər Məşğulluq İdarəsinin müdiri Abil Tağıyev: "Gəncə şəhər İcra nümayəndəliyinə 5 qəsəbə daxil olub. Bununla əlaqədar olaraq 50 vakant yerlər təyin edilib. Biz 124 vətəndaşın CV-lərini qəbul etmişik. Onlardan 40 nəfəri keçid balı 40 bal olmaqla müsabiqənin ikinci mərhələsinə buraxılıblar. İkinci mərhələdə müsabiqədən keçən vətəndaşlar dövlət qulluğunda işləyə biləcəklər".

Müsabiqə iştirakçılarına təqdim olunan test 100 sualdan ibarət olub. Nəticələr dərhal imtahanın sonunda onlayn qaydada elan edilib. Müsabiqə iştirakçısı Vüsal Alıyev: "Dünya görüşü, Azərbaycan Konstitusiyası, tarixi və coğrafiyası, informatika ilə bağlı suallar idi. Biliyimiz səviyyəsində cavablandırdıq. Məncə, pis deyil - 66 bal toplamışam".

Müsabiqə iştirakçısı Eldar Əliyev: "Demək olar ki, suallar asan idi, amma çətinləri də var idi. Düşünürəm ki, öhdəsindən gələ bildim, təxminən 60% -dən çox suallara cavab verə bildim".
Müsabiqə iştirakçısı Turqut Nəsirov: "İmtahan çox şəffaf keçdi, suallar asan idi, bilik və bacarığımızı nümayiş etdirmək üçün bizə yaxşı bir şərait yaradıldı".

Qeyd edək ki, müsabiqənin ikinci mərhələsinin yaxın günlərdə həyata keçirilməsi planlaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.