Siyasət

Putin: “Rusiya üçtərəfəli razılaşmaların ardıcıl yerinə yetirilməsi üçün addımlar atacaq”

16 Noyabr 2021 08:02
0 Şərh     Baxış: 1 425

"Rəsmi Moskva Qarabağda vəziyyətin sabitləşməsi üçün addımlar atmaqda davam edəcək".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib.

Putin Rusiyanın bundan sonra da regionda vəziyyətin sabitləşməsi və üçtərəfəli razılaşmaların ardıcıl şəkildə yerinə yetirilməsi üçün addımlar atacağını qeyd edib.

"Vladimir Putinin qeyd etdiyi kimi, Rusiya vəziyyətin sabitləşməsinə kömək etmək və Rusiya vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl həyata keçirilməsinə töhfə verəcək addımlar atmağa davam edəcək", -Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə reallaşıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.