Siyasət

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək müəssisələrin siyahısına dəyişiklik edilib - Fərman

27 Aprel 2021 11:39
Baxış: 851

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nın 11-ci hissəsi və 16.2 - 16.5-ci bəndləri ləğv edilir.

Həmin bəndlər "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti, "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcəyini nəzərdə tuturdu.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.