Siyasət

Türkiyənin Qarabağda hərbi varlığı təmin edilə bilər - Rusiya bunu qəbul edəcək?

12 Aprel 2021 15:58
Baxış: 1 976

Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğana zəng edib bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü barədə onu məlumatlandırması və Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması zərurətini bildirməsi Kreml sahibinin Türkiyənin bölgədə varlığını qəbul etməsinin daha bir göstəricisidir. Proseslərin bu cür gedişatı deməyə əsas verir ki, Kreml Türkiyənin Cənubi Qafdazda və Azərbaycanda möhkəmlənməsi amilini qəbul edib.

Bəs növbəti mərhələdə Türkiyənin Qarabağda hərbi varlığını təmin edilə bilərmi? - Rusiya bunu qəbul etmək məcburiyyətində qalacaqmı?

Bununla bağlı amerikalı analitik İrina Tsukerman Milli.Az-a danışıb:

"Rusiya dövlət başçısı və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Ermənistanla gərginliyin aradan qaldırılması və Cənubi Qafqazda daha təsirli bir koordinasiya mövzusunda daha güclü şəkildə münasibət qurma qabiliyyətinə təsir edəcək bir neçə geosiyasi proses cərəyan edir.

Birincisi, Türkiyə Cənubi Qafqazdakı barışıq müzakirəsini effektiv şəkildə inkişaf etdirir, bir sıra Ərəb və Avropa dövlətləri ilə diplomatik barışıq aparır, eyni zamanda digər NATO üzvləri ilə münasibətlərini yaxşılaşdıra bilər.

İkincisi, uzun bir geosiyasi rəqabət tarixinə baxmayaraq, Rusiya S-400-ün müştərisi olaraq Türkiyəni itirmək istəmir və Türkiyənin digərlərinə yaxınlaşdığı təqdirdə daha təsirli ola bləcək bir NATO koordinasiya potensialına qarşı münasibətləri tarazlaşdırmaq istəyir. Rusiyanın Türkiyə ilə münasibətləri NATO ölkəsi olaraq ABŞ-ın tələb etdiyi kimi S-400-dən imtina etməsi halında baş verə bilər.

Üçüncüsü, Rusiya Türkiyənin Ukraynaya açıq dəstəyini qəbul edir və bu yaxınlarda müdafiə əməkdaşlığını Moskvanın Krım üçün təhdidinə qarşı bir addım kimi qəbul etdi. Bu səbəbdən Qafqazdakı koordinasiya məsələsi həm bir fürsətdir, həm də bir problemdir ki, bu da Putinin bu qarşılıqlı əlaqədən nə çıxartmaq istədiyindən asılı olaraq məsələni həssas edir. Kreml qarşılıqlı əməkdaşlıq sahələrində koordinasiyanı daha da inkişaf etdirmək istəyirsə, Ermənistan məsələsini Ərdoğanı başqa yerlərdə yaşanan gərginliyə baxmayaraq fəal və koordinasiyalı işə cəlb etmək üçün yaxşı bir iradə, siyasi jest kimi istifadə edəcəkdir. Digər tərəfdən, Rusiya Cənubi Qafqazdakı artan Türkiyə rolunu öz iqtisadi və siyasi mənafeyi üçün birbaşa təhdid və gələcəkdə potensial siyasi döyüş meydanı kimi qəbul edərsə, əlavə maneələr yaratmaqla münasibətləri korlayaraq Ankaranın regonda iştirakını çətinləşdirməyə çalışacaqdır.

Buna baxmayaraq, anlaşılmazlıqların və xoşagəlməz hadisə səbəbiylə planlaşdırılmamış gərginliyin qarşısını almaq üçün müəyyən səviyyədə doplomatik kanallar mövcud olmalıdır.

Sual yaranır: İki ölkə arasındakı bu əlaqələr hər iki ölkənin fərqli mənafelərini həyata keçirməsinə imkan yaradan bir işbirliyi forması yaratmaq üçün istifadə ediləcək, yoxsa Moskvanın müzakirələri minimuma endirib rəqabətə və Türkiyəni sıxışdırmağa yönələrək sülhməramlı qüvvələrin missiyasının və sayının artırılmasına xidmət edəcək? 

Hazırda Kremlin status-kvonun hərbi üstünlüyü var, çünki Bakını üçtərəfli razılaşmada razılaşdırıldığı hüdudlardan kənarda mövcudluğunun genişlənməsi istiqamətində razılaşmağa vadar edə bildi və ehtimal ki, türk sülhməramlılarının da Qarabağda birgə fəaliyyəti ilə bağlı təklifi qəbul etməyəcəkdir.

Digər tərəfdən Türkiyə, İkinci Qarabağ müharibəsi dövründə siyasi dəstəyə görə Bakının siyasi təqdirinə sahibdir, lakin təcavüzkar və internasiya təşəbbüskarı kimi qəbul edilməsinə qarşı apardığı diplomatik səyləri nəzərə alsaq, Ankara beynəlxalq mövqelərindəki siyasi mövqeyi sabitləşənə qədər birbaşa hazırkı anda hərbi əməliyyatlarda iştirak etməməyi seçə bilər. Moskvanın könüllü şəkildə Türkiyəyə Qarabağda mövqelərini möhkəmləndirməsinə rəqib olduqları bir yerdə kömək etməsi mümkün deyil. Ən yaxşı halda, Kreml bir-biri ilə ziddiyyət təşkil etməyən fərqli gündəmlərin olduğu yerlərdə qarşıdurmaların qarşısını almağa və müəyyən bir məsuliyyət səviyyəsini paylaşmağa kömək edəcək şərti ilə razılaşa bilər".

Təhməz Əsədov

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.