Siyasət

Rusiyadan Laçın dəhlizi ilə bağlı rəsmi açıqlama

12 Fevral 2021 10:33
Baxış: 2 232

Rusiya Laçın dəhlizi ilə bağlı suallara rəsmi cavab verib.

"Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi vasitəsilə ilə həyata keçirilir. Bu barədə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 6-cı bəndində qeyd olunub. Bunu siz mənsiz də yaxşı bilirsiniz".

Milli.Az-ın oxu24.com-a istinadən xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin Dağlıq Qarabağ ermənilərinin Ağdərə-Vardenis yolundan istifadəsi ilə bağlı sualına cavabında deyib.

M. Zaxarova erməni jurnalistə Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin Laçın dəhlizi vasitəsilə həyata keçirildiyini xatırladıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.