Siyasət

"Pandemiya zamanı 300-dən çox insan əfv edildi" - VİDEO - FOTO

4 Fevral 2021 15:14
Baxış: 593

1995-ci ildən bu yana 61 əfv qərarı verilib. Bu qədər sərəncamlar o anlama gəlir ki, dövlətin barış, humanizm xətti, cəmiyyətin isə ona inam mövqeyi çox vacibdir.

Milli.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zahid Oruc ARB24-ün "İş vaxtı" proqramına müsahibəsində deyib.

Deputat bildirib ki, 61 əfv qərarının nəticəsində onminlərlə insan azadlığa çıxıb, təkrar şans qazanıb:

"Amnistiya isə 10 dəfə verilib. Bilirsiniz ki, amnistiya konkret hüquq sistemi, qanunlara tətbiq edilir. Qanunların o müddəalarından insanlarımız yararlana bilir".

Deputat onu da əlavə edib ki, Əfv Komissiyasının strukturu yenilənir və təkliflər hazırlanır:

"Əfv Komissiyası indi hörmətli Samir Nuriyevin administrasiya rəhbəri olaraq onun başçılığı ilə fəaliyyətini aparacaq. Onun strukturu yenilənib. Mən də o komissiyanın yeni üzvüyəm. Bir çox yeni təklifləri hazırlamışıq. Bu institutun fəaliyyətinin daha geniş və daha fərqli miqyasda görünməsi üçün öz mövqelərimizi irəli sürəcəyik".

Zahid Oruc pandemiyada əfv olunan şəxslərin sayını da açıqlayıb:

"Amma xüsusilə onu qeyd edək ki, pandemiya zamanı da əfv addımları davam elədi. Yoluxma riskini nəzərə alaraq 300-dən çox insana bu şamil edildi. Daha sonra 100-ə yaxın insan barədə qərarlar verildi. Son olaraq bir neçə gün öncə 30 insan ondan yararlana bildi".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.