Siyasət

Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir

14 İyul 2020 12:43
Baxış: 1 445

Ermənistanın təcavüzü Dağlıq Qarabağ münaqişəsini daha da gücləndirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə iyulun 13-də Böyük Britaniya Parlamentinin İcmalar palatasına təqdim olunan "Azərbaycana qarşı erməni təcavüzü haqqında" 717 nömrəli sənəddədeyilir.

İcmalar Palatası qeyd edir ki, iyulun 12-də Ermənistanın törətdiyi təcavüz aktları Ermənistanın Dağlıq Qarabağ və 7 ətraf rayona nəzarət etməsi səbəbindən Azərbaycanla yaranan silahlı qarşıdurmanı daha da artırıb.

İcmalar Palatası Britaniya hökumətini Ermənistanın sülh prosesinə ciddi maneə olan və beynəlxalq hüququ, habelə 1994-cü ildə imzalanmış atəşkəsi rejimini pozan hərəkətlərini pisləməyə çağırır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.