Deputat: "Azərbaycan qəbul etdiyi düzgün tarixi qərarlar sayəsində regionun ən mühüm aktorlarından birinə çevrilib"
20 sentyabr tarixi həm də 1993-cü ildə Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulması haqqında qərar qəbul etdiyi gündür. Heç şübhəsiz ki, bu, Azərbaycanın ən yeni siyasi tarixində mühüm günlərdən biri kimi yadda qalmışdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın MDB-yə daxil olmasını zəruri edən bir çox səbəblər vardır. Bunlar həm iqtisadi-siyasi, həm də mədəni-humanitar sektorla əlaqəli idi. Çünki Azərbaycanın da aid olduğu vahid siyasi məkanda keçmişdə özünəməxsus ortaq münasibətlər sistemi formalaşmışdı və postsovet məkanında yaranan yeni bir təşkilatlanmada Azərbaycanın iştirak etməməsi onu məhz bu mühüm əlaqələrdən məhrum edə bilərdi.
"Üstəlik, Azərbaycan 1993-cü ildən sonra çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirməsini müəyyənləşdirmiş, istər qərblə, istər digər geostrateji rayonlarda yerləşən müstəqil dövlətlərlə öz münasibətlərini milli maraqlarımıza uyğun olaraq tənzimləmə məqsədini qarşısına qoymuşdu. Belə olan halda heç şübhəsiz ki, MDB ölkələri ilə münasibətlərin də məhz yüksək səviyyədə olması dövlətçilik maraqlarımız baxımından aktual idi"', - deyə Hikmət Babaoğlu bildirib.
Baş redaktor qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycanın qarşısında duran bir sıra problemlər də vardı. Onlardan biri Xəzər dənizinin karbohidrogen ehtiyatlarının istismarı idi. Azərbaycanın iqtisadi gələcəyini təmin etmək məqsədilə enerji resurslarının istismarını həyata keçirmək üçün mütləq beynəlxalq müqavilə imzalanmalı idi. Həmin sənəd bir il sonra sentyabrın 20-də imzalandı. Əlbəttə ki, Xəzəryanı ölkələrlə xüsusilə Rusiya, Qazaxıstan və digər MDB ölkələri ilə münasibətlər yüksək səviyyədə olmasaydı, həm "Əsrin müqaviləsi"nin imzalanmasında, həm də regional inteqrasiya ilə bağlı digər addımların atılmasında çətinlik yarana bilərdi".
Hikmət Babaoğlu xatırladıb ki, sözügedən qərardan sonra sentyabrın 24-də böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin Moskvaya səfəri, MDB üzvü olan dövlətlərin Dövlət Başçıları Şurasının iclasında iştirakı, orada apardığı danışıqlar Rusiya-Azərbaycan münasibətlərinə yeni dinamizmin gəlməsini, qarşılıqlı etimadın yaranmasını şərtləndirdi. Bu qərar eyni zamanda, Azərbaycana sosial-iqtisadi və digər sahələrdə öz siyasətini həyata keçirmək üçün yeni şərtlər yaratdı. Millət vəkili qeyd edib ki, Azərbaycan bu gün yaxın keçmişimizdə qəbul etdiyi həm bu, həm də digər düzgün tarixi qərarlar sayəsində regionun və bütövlükdə Avropa siyasi coğrafiyasının ən mühüm aktorlarından birinə çevrilibdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
San-Marino mətbuatı Azərbaycandan birbaşa qaz tədarükünün əhəmiyyətini vurğulayıb
-
TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq - Marko Rubio
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
Roma Papası XIV Leo Prezident İlham Əliyevə məktub göndərib
XƏBƏR LENTİ
-
10 saniyədə hamam plitələrinin arası tərtəmiz olur: Tək bir məhsul bəs edir
-
Şirniyyat istəyini azaltmağın təbii yolları açıqlandı
-
Pomidor yetişdirəndə suya bir damcı yod əlavə edin - SƏBƏB
-
Pəncərənizin önünə qoyun, ağcaqanadlar yaxın gəlməsin
-
Həmin qidaların müntəzəm istifadəsi xərçəng riskini artırır - XƏBƏRDARLIQ
-
Temperaturun kəskin dəyişməsi orqanizmə necə təsir edir?
-
Şokolad xarab olur? Üstü ağaranda kristallaşır?
-
Azərbaycan millisi finalda - Avropa çempionatı
-
Çılpaq bədənini DÇ-yə gedən ulduzların şəkilləri ilə örtdü - FOTO
-
İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
-
Narkotik istifadə edirlərmiş
-
Günün qoroskopu: Maddi tərəfdən müsbət irəliləyişlər nəhayət ki, baş verə bilər
-
Elvin millinin məşqində qolları sıralayır - VİDEO
-
Dilan Polada hücum edildi, mühafizəçisi öldürüldü – VİDEO
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Müğənnilərin fantastik toy qiymətləri – SİYAHI
-
Tovuzda ağır qəza - ölən və yaralananlar var - YENİLƏNİB
-
Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub - FOTO
-
"O qədər təkliflər gəlir ki, deyirlər, iki nöqtə edək"
-
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
-
Yaşı 50-dən yuxarı olanların diqqətinə
-
Aparılan tikinti uşaq bağçası üçün təhlükə törədir? - VİDEO
-
Səidə uşaqlarının gözü önündə qətlə yetirilibmiş - YENİLƏNİB
-
San-Marino mətbuatı Azərbaycandan birbaşa qaz tədarükünün əhəmiyyətini vurğulayıb





