Siyasət

MSK-nın sədr müavini: "ATƏT DTİHB-nin prezident seçkiləri ilə bağlı iradları əsassızdır"

15 Aprel 2018 13:52
Baxış: 573

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT PA və AŞ PA-nın müşahidə missiyasının Azərbaycanda keçirilən seçkilərlə bağlı iradları əsassızdır.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissyasının (MSK) sədr müavini Natiq Məmmədov qurumun bu gün keçirilən iclasında deyib.

N.Məmmədov bildirib ki, bir çox beynəlxalq müşahidəçilər seçkiləri yüksək qiymətləndirsə də, məhz bu təşkilatlar mənfi rəy bildiriblər: "Dediklərinə görə iki aydan sonra yekun hesabatı açıqlayacaqlar. Qoy onlar aşkar etdikləri pozuntuları bizə təqdim etsinlər, biz də bu müddət ərzində həmin yerlərdə araşdırma aparaq".

Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.

Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.