Siyasət

"Cəbhədəki nisbi sakitliyə aldanmaq olmaz..."

22 Avqust 2017 07:00
4 Şərh     Baxış: 1 804

"Cəbhədəki nisbi sakitliyə aldanmaq olmaz. Düşməndən hər an hər şey gözləmək olar. Hər an tərxribatlar ola bilər. Ermənilər çox hiyləgərdirlər. Onlar gözləyib bu sakitçilikdən istifadə edərək hansısa məntəqəni ələ almağa çalışa bilər. Ermənistan "aprel döyüşləri"nin qisasını almaq üçün müxtəlif addımlar ata bilər".

Bu barədə Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov bildirib.



Veteran hərbçinin sözlərinə görə, düşmən çox hiyləgərdir və hər an gözlənilməz addım ata, təxribatlar törədə bilər, qəfildən hansısa hərbi əməliyyat həyata keçirə  bilər:

"Mən özüm şahidi olmuşam ki, I Qarabağ müharibəsində də ermənilər dəfələrlə atəşkəsi pozurdular. Bilmirəm, hansı səbəbə görə bizim rəhbərlik gözləyirdi və atəşkəsə riayət edirdi, amma onlar gözləmirdilər. Onlar heç bir razılaşmaya əməl etmirdilər. Bizimkilər rahatlaşan kimi qəfildən zərbə vururdular. Ona görə də heç vaxt düşmənə yuxarıdan aşağı, avam, savadsız kimi baxmaq olmaz. Biz onları hiyləgər düşmən kimi qiymətləndirməliyik. Bundan əlavə, onların çox ağıllı, peşəkar məsləhətçiləri var. Mən rus generallarını nəzərdə tuturam. Bunu nəzərdən qaçırmaq olmaz.

Ermənilər "aprel döyüşləri"ndən sonra hələ də özlərinə gəlməyiblər. Bu hadisə onlara o qədər təsir edib ki, mütləq əvəzini çıxmağa çalışırlar. Düzdür, indi cəbhədə nisbətən sakitlikdir. Buna havaların isti keçməsi də təsir edir. Çünki həddən artıq isti havada əsgərin, kəşfiyyatçının hərəkət etməsi çətinləşir, məhdudlaşır. Amma artıq havalar soyumağa doğru gedir. Havalar sərinləşdikcə də hərbi əməliyyatların baş verməsi ehtimalı artır. Ona görə də istiqamətdən və ərazidən asılı olmayaraq, bütün cəbhə boyu daim ayıq-sayıq olmaq lazımdır".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.