Siyasət

Elmar Məmmədyarov Slovakiyanın Azərbaycanda akkreditə olunmuş səfirini qəbul etdi

26 Avqust 2014 17:12
Baxış: 523
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın ölkəmizdə akkreditə olunmuş səfiri Jozef Miqası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Trend Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən istinadən məlumat verir ki, E.Məmmədyarov J.Miqasa gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd olunaraq, müqavilə-hüquq bazasının genişləndirilməsi və siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.