Siyasət

Zakir Həsənov Rumıniyaya rəsmi səfər edəcək

26 Avqust 2014 13:15
Baxış: 624

Azərbaycan Respublikasının müdafiə naziri Rumıniyaya rəsmi səfər edəcək

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rumıniya Milli müdafiə naziri cənab Mirça Duşanın dəvətilə avqustun 27-də bu ölkəyə rəsmi səfər gedəcək.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə ediləcəyi planlaşdırılır.

Səfər avqustun 28-dək davam edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.