Siyasət

Aİ Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü olacaq

22 İyul 2014 10:34
Baxış: 557
Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü öz işinə başlayır.

Trend-in məlumatına görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sədrlik edəcəyi görüşdə 2015-ci ilin may ayında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti, assosiasiya sazişlərinin, eyni zamanda dərin və hərtərəfli azad ticarət zonası barədə sazişlərin icrası və birgə öhdəliklərin yerinə yetirilməsi və bir sıra digər məsələlərə xüsusi diqqət yetiriləcək.

Görüşdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.