Politoloq: "Moldova ombudsmanının dedikləri həqiqəti əks etdirir"
Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib: "Aureliya Qriqoriunun Xocalı faciəsi ilə bağlı dediklərini Koçaryan və Sarkisyanın hər ikisi etiraf edib. Aureliya Qriqoriunun dedikləri həqiqəti əks etdirir"."Moldova ombudsmanı Aureliya Qriqoriu insan hüquqlarının müdafiəçisidir, Ermənistanda insan hüquqlarının müdafiəsinə qalxıb və zərrə qədər də yalan deməyib"
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu bütün dünya bilir: "ABŞ Dövlət Departamenti ən azı 7 ildir ənənəvi illik hesabatında göstərir ki, Azərbaycanın 7 rayonu və Dağlıq Qarabağ ermənilərin nəzarətindədir".
Moldova hökumətinin münasibətinə toxunan Əhmədoğlu bildirib ki, əgər Moldova Ermənistanla münasibətlərini dəyərləndirə bilirsə, Azərbaycanla münasibətlərini aşağılayırsa, biz niyə susmalıyıq:
"Aureliya Qriqoriu Moldovaya qayıdandan sonra Ermənistan Prezidenti Serj Sarkisyan da, xarici işlər naziri Edvard Nalbandyan da Moldovada oldu. Sarkisyanın cəsarəti vardısa, bir kəlmə söz deyərdi. Bütün ermənilər yığışsın, Serj Sarkisyanın Moldovada Aureliya Qriqoriunun işi ilə bağlı bir kəlmə sözünü desinlər".
Politoloq bildirib ki, Moldova ictimaiyyəti, xüsusilə oradakı erməni icması həqiqətin gözünə dik baxmalıdır:
"Biz Moldova hökumətinin indiki hadisələrə reaksiyasını diqqətlə izləyirik. Azərbaycan cəmiyyəti, Azərbaycanın diaspor təşkilatları, hökumət təşkilatları çox iş görür. Moldova həmin erməni icmasının dəstəyi ilə təxminən il yarım, 2 il bundan qabaq Ermənistana 5 milyon dollarlıq raket silahı satanda, deməli, biz Moldovaya lazımi qədər sözümüzü deməmişik və ona görə də indi belə vəziyyət yaradırlar. Bu gün Moldova-Azərbaycan münasibətləri sınaq qarşısındadır. Rəsmi Kişinyov bunu nəzərə almalıdır. Əgər Moldova Ermənistanla münasibətlərə üstünlük verirsə, Azərbaycanla münasibətləri aşağılayırsa, biz buna, elə düşünürəm ki, sakit və reaksiyasız dayanmayacağıq. Moldova hökuməti nə addım atdığına, nə iş gördüyünə, kimi incitdiyinə və kimi incitməyə şərait yaratdığına xüsusi fikir verməlidir".
O deyib ki, hansı cəmiyyətin hakimiyyətdə olmasının fərqi yoxdur. Azərbaycan cəmiyyəti üçün Moldova xalqı var və Moldova dövləti var:
"Bu yaxınlarda rəsmi Kişinyov Baltikyanı dövlətlərə və GUAM-a üzv dövlətlərə Dnestryanı münaqişənin həlli üçün müraciət edib. Azərbaycan və Moldova GUAM-ın üzvüdür. Deməli, Moldova Azərbaycanla mütəffiqdir. Onun da ərazisi parçalanıb. Ermənistan Moldova ilə bir cinahda deyil. Ermənistan parçalayanlar cinahındadır".
Əhmədoğlu qeyd edib ki, Aureliya Qriqoriuya, həqiqəti danışan, Avropa dəyərlərinə riayət edən və öz işini yerinə yetirən bir insana qarşı həqiqəti dediyi üçün belə əngəllər yaradılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





