Siyasət

Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün açıqlandı

2 Avqust 2013 14:15
Baxış: 3 093
Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü keçirilən növbəti iclasında prezident seçkisinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edilib.

M.Pənahov
iclasda bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq, prezidentin səlahiyyətinin bitdiyi vaxt oktyabr ayının 3-cü həftəsinin üçüncü gününə təsadüf edir. Bu il oktyabr ayının 16-sına təsadüf edir. Həmin gün iş günü olmadığından, MSK prezident seçkisini həmin ayın digər gününə keçirmək haqqında qərar çıxartmalıdır: "Təklif edirəm ki, prezident seçkisi günü yenə 3-cü günə salınsın, lakin 1 həftə öncəyə".

Təklif MSK üzvləri tərəfindən təsdiqlənib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.