Baş nazir qərar İMZALADI
Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası təsdiqlənib.
Milli.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, müayinə istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz keçirilir.
Sahibkarlıq subyektlərinə münasibətdə müayinə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Müayinə zamanı qaz qurğularının, qaz xətlərinin və tüstü bacalarının Qanunda nəzərdə tutulan tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasına, qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına uyğunluğu, həmçinin qaz qurğuları, qaz xətləri və tüstü bacaları, havalandırma və havadəyişmə xətləri üzrə müayinənin predmetləri, metodları, nöqsan və (və ya) pozuntuların mahiyyəti bu Qaydanın əlavəsinə uyğun olaraq yoxlanılmalıdır.
Qazpaylayıcı sistem operatorunun işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəldən sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə) bu Qaydada nəzərdə tutulan hallar istisna olmaqla, ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməlidirlər.
Bildirişdə müayinənin keçiriləcəyi tarix, məqsədi və ödənişsiz aparılması, tərəflərin hüquq və vəzifələri, müayinənin nəticələrindən asılı olaraq istehlakçının həyata keçirməli olduğu tədbirlər barədə Qanunun tələbləri, habelə istehlakçı qazpaylayıcı sistem operatorunun işçilərinin müayinə keçirilməsi üçün mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazpaylayıcı sistem operatorunun qazın verilişini dayandırmaq hüququ və bildirişi imzalayan şəxs barədə məlumatlar əks etdirilir.
Qazpaylayıcı sistem operatorunun işçiləri istehlakçıların mülkiyyətində və ya istifadəsində olan tikinti obyektlərinə daxil olarkən qazpaylayıcı sistem operatoru tərəfindən onlara verilmiş xidməti vəsiqələri mütləq istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidirlər.
Qazpaylayıcı sistem operatorunun işçiləri müayinənin nəticəsi barədə Qanun ilə müəyyən edilmiş formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidirlər. Müayinənin nəticəsinə dair akt elektron üsulla tərtib edildikdə həmin akt elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə istehlakçıya göndərilməlidir.
İstehlakçı qazpaylayıcı sistem operatorunun işçilərinin müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazpaylayıcısistem operatoru bu barədə müvafiq aktda qeyd aparmaqla qazın verilməsini
dayandırır. Bu halda ağıllı sayğacla təchiz edilmiş istehlakçıya qazın verilməsi məsafədən idarə edilməklə dayandırılır, əvvəlcədən ödənişli sayğacla təchiz edilmiş istehlakçının isə sərfiyyat yükləmə kartının istifadəsinə məhdudiyyət qoyulur.
İstehlakçı tərəfindən qaz qurğularında, qaz xətləri və tüstü bacalarında,
habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qazpaylayıcı sistem operatoru tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. Təkrar müayinə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz keçirilir. İstehlakçı təkrar müayinə üçün il (ardıcıl on iki ay) ərzində 1 (bir) dəfədən çox müraciət etdikdə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qazpaylayıcı sistem operatoru ilə istehlakçı arasında bağlanılmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmət göstərilməsi zərurəti yarandıqda tədbirlər görülməlidir. İstehlakçının müraciəti əsasında aparılan təkrar müayinə ilə bağlı akt tərtib edilir.
Qazpaylayıcı sistem operatoru təkrar müayinənin aparılmasından imtina etdikdə istehlakçı 1 (bir) iş günü müddətində müəyyən edilmiş nəzarət orqanlarına məlumat verməlidir.
Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə Qanunda nəzərdə tutulmuş tədbirlər görülür.
İstehlakçı ilə bağlı üzrlü səbəbdən bildirişdə qeyd edilmiş tarixdə müayinə keçirilməsi mümkün olmadıqda istehlakçı bildirişi qəbul etdiyi tarixdən 1 (bir) iş günü müddətində qazpaylayıcı sistem operatoruna şifahi və ya yazılı formada müraciət edərək, bu Qaydada nəzərdə tutulan tarixdən gec olmayaraq müayinə tarixini razılaşdırmalıdır.
Bu Qaydada nəzərdə tutulan səbəblərdən müayinənin keçirilməsi mümkün olmadıqda istehlakçı qazpaylayıcı sistem operatoruna şifahi və ya yazılı formada müraciət etdikdən sonra 1 (bir) iş günü müddətində müayinənin keçirilməsi təmin edilir.
Bu Qaydada nəzərdə tutulan, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli, istehlakçının sərfiyyat yükləmə kartının istifadəsinə qoyulmuş məhdudiyyət aradan qaldırılmalı və aktın 1 (bir) nüsxəsi istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim edilməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyev Veliko Tırnovoda "Şuşa Parkı”nın salınması üzrə Sazişi təsdiqləyib
-
Mina Hasman: “Bakı Ağ Şəhər” layihəsi şəhərlərin regenerativ inkişaf modelinin nümunəsidir
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
-
Bakı-Tiflis qatarı hansı sürətlə gedəcək? - RƏSMİ
-
Elektron yerdəyişmə prosesi müvəqqəti dayandırılacaq
-
ABŞ və Rusiya liderləri harada görüşəcəklər?
-
Xalq artisti: "Adımdan danışıb pullar qazanıblar"
-
Rusiya son sutkada Ukraynanın 780 PUA-sını vurub
-
Bakı-Tbilisi qatarlarında biletə nələr daxildir?
-
WUF13-ə onlayn qeydiyyat bərpa edildi
-
Bu küçələrə maşınla girmək qadağan EDİLDİ
-
“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
-
İstanbulda müəmmalı ölüm: Meşədə tapılan qadınla bağlı həqiqət ortaya çıxdı
-
Kəmalənin qalmaqallı mahnısından danışdı: "Ana-bacının oturduğu toya necə ÇAĞIRIRSINIZ?"
-
Bu yaşdan sonra təhlükə artır - Sümüklərlə bağlı vacib xəbərdarlıq
-
Gürcüstana giriş-çıxışa icazə VERİLİR - Bu tarixdən
-
5 ayda 10 minə yaxın travma: Ən çox bu hallar baş verir
-
Afət Fərmanqızının müzakirə yaradan GÖRÜNTÜSÜ - VİDEO
-
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
-
Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
-
Tramp ailəsinə aid yeni iddia
-
Tbilisiyə qatarla bu qiymətə GEDƏCƏYİK - RƏSMİ
-
"Atama heç bir hissim OLMAYIB"
-
Türkiyədə saxlanılan azərbaycanlı ölkəyə gətirildi
-
Bu hal saatlar sonra ölümcül ola bilər - Valideynlərə XƏBƏRDARLIQ
-
Paşinyan onları sərt tənqid etdi: "Ay alçaq..." - VİDEO





