İlham Əliyev: Uşaqlar cəmiyyətin sabahıdır
Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər.
Milli.Az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, bu Forumun ənənəvi şəkil alması Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir.
"Builki Forum "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər", - deyə Azərbaycan Prezidenti müraciətində vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar - (Foto)
-
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
-
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto)
-
Görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - (Foto)
-
Dünya ulduzları Bakıda keçiriləcək möhtəşəm beynəlxalq tədbir – Azerbaijan Dance Festival haqqında - (Video/Foto)
-
Qara Qarayevin “Yeddi Gözəl” baleti növbəti dəfə tamaşaçılara təqdim olundu - (Foto)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar - (Foto)
-
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
-
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - (Foto)
-
Ermənistanda hərbçi odlu silah yarasından öldü
-
Cüdoçumuz finala yüksəldi
-
Kiyev metrosunda fövqəladə vəziyyət: Qatarlar hərəkətsiz qaldı
-
Qadını şantaj edən gənc həbs edildi
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
-
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
-
Salyanda qatar avtomobillə toqquşdu
-
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi
-
İsmayıllıda ev və köməkçi tikilidə yanğın
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qədim Məhəmmədov vəfat etdi
-
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı
-
ABŞ-da atışma nəticəsində 5 nəfər öldü
-
90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik
-
Mingəçevirdə kişi bədbəxt hadisə nəticəsində öldü
-
5 boksçumuz Avropa çempionatının finalına yüksəldi





