Siyasət

Ermənistan üçüncü tərəfi danışıqlara qoşmaqla nəticə əldə etməyəcəyini anlayıb - VİDEO

2 May 2024 20:32
Baxış: 1 013

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya işlərinə qoşulmağa çalışan dövlətlər var idi ki, onların niyyətlərini 30 il ərzində gördük.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, keçən illər ərzində vasitəçi olan dövlət və təşkilatlar öz məqsədlərini güdüblər.

"Hazırda Qazax rayonunun bizə qaytarılan dörd kəndinin yerləşdiyi sərhəddə 40-a yaxın sərhəd dirəyi quraşdırılıb. Bu işlər tez də başa çata bilər. Lakin əsas maneə həmin ərazilərin minalanmasıdır. Bu proseslər ilk növbədə təhlükəsizlik qaydalarına riayət olunmaqla aparılır və bu proseslər müsbət dinamika ilə inkişaf edir.

Bundan sonra iki dövlət arasındakı məsələlər barədə danışıqlar daha məhsuldar ola bilər. Azərbaycanla Ermənistan danışıqlarında üçüncü tərəf olanda proseslərin ləngidiyini və konkret bir nəticəyə gəlinmədiyini müşahidə etmişdik.

Artıq Ermənistan tərəfi anlayır ki, üçüncü tərəfi danışıqlara qoşmaqla heç bir nəticə əldə etməyəcək. Çünki bu günə qədər danışıqlarda üçüncü tərəfin iştirak etməsi Ermənistanın təşəbbüsü olub", - deyə hərbi ekspert qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.