Siyasət

Antiterror tədbirləri zamanı yaralanan qazimiz şəhid oldu - FOTO

6 Oktyabr 2023 11:50
Baxış: 2 264

Antiteror əməliyatları zamanı ağır yaralanan Çevik Polis Alayının polis nəfəri Muradov Əzizbəy Etibar oğlu bu gün şəhadətə qovuşub. 

Milli.Az musavat-a istinadla bildirir ki, şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq. 

Xatırladaq ki, Əzizbəy musiqi təhsilli döyüşçümüz idi. O, 44 günlük müharibədə ermənilərin zəbt etmiş olduğu evlərdə pianoda və qarmonda gözəl ifaları ilə məşhurlaşmışdı.

Prezident tərəfindən "Cəbrayılın azad olunmasına" görə medalı ilə təltif edilmişdi.

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.