Siyasət

3 hissədən ibarət koordinasiya yaratmışıq - Emin Hüseynov

2 Oktyabr 2023 17:13
Baxış: 651

Hər bir münaqişənin öz səciyyəvi xüsusiyyətləri var.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Məskunlaşma günü" ilə bağlı forumda çıxışı zamanı deyib.

"Azərbaycanda baş verən münaqişələrdə bəzi səciyyəvi xüsusiyyətlərə toxunmalıyıq. Həmin amillər görəcəyimiz işin miqyasını, potensialını müəyyənləşdirir. Azərbaycanda isə 30 illik işğal faktını nəzərə alsaq, ərazilərimiz tamamilə dağıdılmış, yerlə-yeksən edilib, ekosid törədilib, insanlarımız torpaqlarından didərgin düşdü. Bunlar bir-iki ildə baş verməyib. Hamısı 30 il ərzində baş verib. Yeni texnologiyaların yarandığı bir erada belə xoşagəlməz hadisələr baş verdi",- deyə o bildirib.

E.Hüseynov həmçinin qeyd edib ki, işğaldan azad edilən ərazilərdə 1 milyondan çox mina basdırılıb.

"30 il ərzində o torpaqlarda bir ağac, ev salamat qalmayıb. Azərbaycanda biz xüsusi 3 hissədən ibarət koordinasiya yaratmışıq. Bu istiqamətlər müəyyən hədəfləri, strategiyaları müəyyənləşdirirlər. Həmin koordinasiya qurumlar, ekspertlər, 11 işçi qrupu arasında birgə fəaliyyəti tənzimləyir. Digər məsələ isə xüsusi nümayəndələrdir. Onlar yerli ərazilərdə təklif edilənlərin orada reallığını nəzərdən keçirməli, təhlillər aparmalıdır",-deyə E.Hüseynob vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.