Siyasət

Qazaxıstan Konstitusiya Gününü qeyd edir

30 Avqust 2023 09:00
Baxış: 678

30 avqust - 1995-ci ildə ümumxalq referendumunda Qazaxıstan Respublikasının Konstitusiyasının qəbul edildiyi gün ölkədə Konstitusiya Günü kimi qeyd olunur. Hər bir vətəndaşa zəmanət verilən ayrılmaz dəyərlərə və azadlıqlara söykənərək, Konstitusiya Qazaxıstanın nailiyyətlərində əsas rol oynadı, tərəqqi və firavanlıq üçün əsas oldu.

Son 30 il ərzində Qazaxıstan beynəlxalq arenada nüfuza sahib olan Avrasiyanın ən dinamik şəkildə inkişaf edən dövlətlərdən biri oldu. Qazaxıstanın seçdiyi xarici siyasət kursu Sovet İttifaqının süqutundan sonra bütün qonşu ölkələrlə dövlət sərhədinin hüquqi rəsmiləşdirilməsi məsələlərin sülh yolu ilə həll olunmasına yol açıb. Qazaxıstan nüvə təhlükəsizliyinin təmin edilməsi hərəkatının rəmzidir. Ölkə qlobal və regional təhlükəsizliyinin möhkəmlənməsinə, dayanıqlı inkişafa, mədəniyyətlərarası, etnikarası və dinlərarası dialoqa aktiv şəkildə töhfələr verir. Qazaxıstan haqlı olaraq çoxəsrlik tarixi və çoxşaxəli mədəni irsi ilə fəxr edə bilər.

Bu il Konstitusiya Günü 2022-ci ilin iyununda respublika referendumunda qəbul olunan düzəlişlərin qüvvəyə minməsindən sonra ilk dəfə qeyd olunduğuna görə xüsusi əhəmiyyətə malikdir. Bu düzəlişlər gələcək demokratikləşmə yolunda mühüm addım olub. Parlamentə və yerli hakimiyyət orqanlara daha çox səlahiyyət verilib, eyni zamanda prezident səlahiyyətləri məhdudlaşdırılıb. Hökumət indi xalqa daha hesabatlıdır. Yenilənmiş Konstitusiyaya uyğun olaraq, Qazaxıstan Prezidenti yenidən seçilmək hüququ olmadan yalnız bir dəfə yeddi illik müddətə seçilir.

Qazaxıstan, İnsan Hüquqları üzrə Müvəkkili, Uşaq Hüquqları üzrə Müvəkkili və Əlilliyi olan Şəxslərin Müdafiəsi üzrə Müvəkkili rolunu və statusunu artıraraq, insan hüquqları müdafiəsi mexanizmləri yaradıb və möhkəmləndirib.

Həmçinin, insan hüquqların və azadlıqların müdafiəsini təmin etməli olan Konstitusiya Məhkəməsi bərpa olunub. İndi Qazaxıstan vətəndaşları Baş Prokuror və İnsan Hüquqları üzrə Müvəkkili ilə yanaşı onların fikrincə əsas qanunun prinsiplərinə zidd olan normaların qanunsuz hesab edilməsi üçün birbaşa Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Konstitusiyaya edilən düzəlişlərin effekti 2023-cü ilin mart ayında Parlament və yerli hakimiyyət orqanlara seçkiləri zamanı xüsusən nəzərəçarpacaq idi. Qeydiyyat prosedurların asanlaşdırılması seçkilərdə iştirak edən yeni siyasi partiyaların meydana gəlməsinə gətirib çıxarıb. Bir çox siyasi ekspertlərin fikrincə, bu seçkilər Qazaxıstanın müasir tarixində ən rəqabətli olub. Qəbul olunan düzəlişlərə uyğun olaraq, kənd rayonları akimlərin (merlərin) birbaşa seçilməsi nəzərdə tutulub. Bununla yanaşı, 2004-cü ildən bəri ilk dəfə parlament seçkilərdə proporsional-majoritar modeli istifadə olunub. Bu, birmandatlı dairələrdə partiya namizədləri ilə yanaşı çoxsaylı müstəqil namizədlərin seçkilərdə iştirak etməsinə imkan verib. Nəticədə, vətəndaşların ölkənin siyasi həyatında iştirak imkanları xeyli genişlənib. Parlamentə daxil olmaq üçün tələb olunan beş faizlik səddini altı partiya aşa bilib. Bu, müxtəlif siyasi baxışlara malik həqiqətən çoxpartiyalı səlahiyyətli orqanının yaradılmasına imkan verdi.

Bu yaxınlarda Qazaxıstanda referendum da daxil olmaqla beş seçki kampaniya keçirilib, bu isə o deməkdir ki, ölkə vətəndaşları bütün təklif olunan dəyişikliklərlə bağlı öz mövqelərini ortaya qoymağa imkan əldə ediblər. Hazırda elektoral dövrü tamamlanıb, qarşıda isə ölkənin gələcək sosial-iqtisadi inkişafı ilə bağlı böyük işlər durur.
Yekunda, Konstitusiya düzəlişlər və islahatlar sayəsində Qazaxıstan cəmiyyətində yeni vətəndaş və siyasi mədəniyyətin formalaşmaqda olduğunu demək olar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.