Siyasət

İlham Əliyev: Biz öz torpaqlarımızı döyüşərək geri qaytardıq - VİDEO

15 İyun 2023 13:41
Baxış: 602

Bilirsiniz ki, 30 il ərzində Azərbaycan Ermənistanla danışıqlarda iştirak edirdi, onlar da heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun döyüş ruhu ərazi bütövlüyümüzü bərpa etdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

Ərazi bütövlüyümüzün bərpasının danışıqlar və ya hər hansı vasitəçilik hesabına baş vermədiyini vurğulayan dövlətimizin başçısı deyib: "Əksinə, həmin vasitəçilik səyləri vəziyyətin dondurulmasına gətirib çıxarmışdı. Biz bununla razı olmadıq, biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı döyüşərək aldıq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.