Siyasət

"Rusiya Azərbaycan-Ermənistan arasında sülh sazişinə köməklik göstərməyə hazırdır"

20 Mart 2023 15:01
Baxış: 1 086

Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin parametrlərinin razılaşdırılmasına hər cür köməklik göstərməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.

"Şübhəmiz yoxdur ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatları iqtisadi, hərbi-siyasi və beynəlxalq hüquq müstəvisində vəziyyətin stabilləşməsi baxımından bütün həllərin reallaşdırılması üçün əsas vasitə olaraq qalır. Üçtərəfli bəyanatlarda qeyd olunduğu kimi, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədlərinin demilitasiyası və sülh sazişinin parametrlərinin razılaşdırılmasına hər cür köməklik göstərməyə hazır olacağıq", - Lavrov deyib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.