İsveç və Fransada islamofobiyanın təzahürləri artmaqdadır - Ombudsman Aparatının rəhbəri
Müsəlmanlara qarşı şifahi və fiziki təhdidlər ifadə olunur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda panel iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bəzi elit cəmiyyətlərdə islamofobiyanın təzahürləri müşahidə edilir.
"Bu məqsədli şəkildə aparılır. İsveç və Fransada islamofobiyanın təzahürləri artmaqdadır. Ayrı-seçkiliyin qurbanları Fransa siyasətinin qurbanlarına çevrilib. Bütün bunlar ifadə azadlığı pərdəsi altında həyata keçirilir, lakin bu qəbuledilməzdir.
Ermənistan tərəfindən də işğal zamanı kütləvi şəkildə müsəlman abidələrinin dağıdılması müşahidə edilib. Bunlar elə məsələlərdir ki, heç bir zaman unutmamalıyıq və əlimizdən gələni etməliyik ki, bu kimi hallar bir daha təkrarlanmasın", - deyə o əlavə edib.
Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
-
Milli Məclisin komissiyası "CNN"dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib
-
Parisin ikiüzlü "demokratiyası": Seba faciəsi və Mirzəli şousu
-
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
XƏBƏR LENTİ
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
İlə 510 milyon qazandı - Rekord
-
Valideynlərin ən çox işlətdiyi və uşaqda travma yaradan 5 cümlə
-
Dua Lipanın 3 gün davam edəcək toyundan ilk FOTOlar
-
Sobadakı inadkar yağlara son
-
Lənkəranda ağır qəza - sürücü öldü FOTO
-
Aktrisanın vəzifəli nişanlısı həbs olundu
-
Faciədən döndü - Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
-
Günün qoroskopu: Bu gün sizin üçün çox asan olacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb - FOTO
-
Ölümündən 24 gün sonra atası da vəfat etdi
-
Akrobatika və aerobika gimnastikası üzrə Dünya kubokunun ikinci günü - FOTO
-
“Həyatın işini bilmək olmaz, bəlkə gələn zənginə kimi çatmadım”
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Millimiz dünya çempionatının yarımfinalında
-
Azovda həlak olan kapitanın həyat yoldaşı: hər kəsi xilas etsə də... - FOTO





