Siyasət

Putin və Əliyevə bunu hədiyyə etdim - Lukaşenko

5 Noyabr 2022 21:14
Baxış: 1 042

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin və Azərbaycan lideri İlham Əliyevə qara kürü verməsindən danışıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı hakim dairəyə yaxın Teleqram kanalı yayıb.

"Bir müddət əvvəl Minsk yaxınlığında hovuzlarda nərə balığı yetişdirildiyini və ondan qara kürü alındığını gördüm. Onlardan alırdım, kiməsə bir banka suvenir kimi hədiyyə edirdim. Və hamı təəccüblənirdi. Mən xüsusi olaraq İlham Əliyevə və Putinə bundan hədiyyə etdim", - Lukaşenko deyib.

Belarus lideri bildirib ki, Kremldə belə kürü yoxdur və o, Putinə bunu sınamağı təklif edib.

Lukaşenkonun sözlərinə görə, Putin Belarusun belə məhsul istehsal edə biləcəyinə təəccüblənib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.