Siyasət

“Rusiyapərəst qüvvələr hökuməti devirmək istəyirlər” - Moldova Prezidenti

30 İyul 2022 21:44
0 Şərh     Baxış: 1 114

"Moldovodakı rusiyapərəst qüvvələr hökuməti devirmək istəyirlər".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Moldova Prezidenti Maya Sandu Rumıniya mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, vahid cəbhə kimi çıxış edən rusiyayönümlü qüvvələr, kriminal və korrupsioner qruplar Moldova hökumətindən qurtulmağı, eləcə də islahatlar proseslərini və məhkəmə sistemini dayandırmağı seçiblər.

Bundan əvvəl Sandu bildirib ki, Rusiya Kişinyova hərbi təhlükə törədərsə, ölkə hakimiyyəti yardım üçün qonşu Rumıniyaya müraciət edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.