ABŞ Azərbaycanı səyahət üçün ən yaxşı ölkələrdən biri elan edib
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi (CDC) Azərbaycanı pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələr qrupuna daxil edib.
Milli.Az "Report"a istinadən bildirir ki, Azərbaycan COVID-19-a yoluxma hallarının azalması fonunda 1-ci dərəcəli (yoluxma riski ən az olan) ölkələr siyahısında yer alıb. Bu dərəcəyə aid ölkələrdə son 28 gündə hər 100 000 sakinə 49 və ya daha az yeni yoluxma halı qeydə alınmalıdır. Son günlər koronavirusa yoluxma hallarının xeyli azaldığı Azərbaycanın da adı aprelin 25-də bu dərəcəyə aid edilib.
İkinci dərəcəyə - "COVID-19 orta" təyinatını alan istiqamətlərə son 28 gündə hər 100 000 sakinə 50-100 yoluxma halı qeydə alınan ölkələr daxil edilib. Bazar ertəsi Salvador, İndoneziya, Oman, Birləşmiş Ərəb Əmirlikləri bu dərəcəyə aid olunub.
Qeyd edək ki, CDC-nin yeni sistemində 3-cü dərəcə yüksək yoluxma riski kateqoriyası son 28 gündə 100 000 sakinə 100-dən çox hadisəsi olan istiqamətlərə şamil edilir. Bu dərəcəyə aid edilən ölkələrə Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Portuqaliya, İspaniya və Britaniya və digər ölkələr aiddir.
Ötən gün açıqlanan son məlumata görə, Azərbaycanda koronavirusa 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb, ölüm faktı qeydə alınmayıb.
Hazırda 145 nəfər aktiv xəstə sayını təşkil edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
XƏBƏR LENTİ
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi
-
Birinci sinfə gedən şagirdlərin sayı açıqlandı
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı





