Siyasət

Rusiya ilə Aİ arasında son qatar marşrutu bağlanır

26 Mart 2022 08:23
0 Şərh     Baxış: 943

Helsinki və Sankt-Peterburq şəhərlərini birləşdirən "Alleqro" qatarlarının hərəkəti martın 28-dən dayandırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə cümə günü Finlandiyanın dövlət dəmir yolu operatoru VR məlumat verib.

Qeyd olunur ki, qatarların hərəkəti, Finlandiya hakimiyyətinin qərarına əsasən, Rusiya Federasiyasına tətbiq edilən sanksiyaları nəzərə alaraq, məqsədəuyğun deyil, çünki Rusiyanı tərk etmək istəyən bütün vətəndaşlar artıq bunu ediblər.

Bundan əvvəl, VR Rusiya Dəmir Yolları ilə əlaqəni praktiki olaraq dayandırmışdı, lakin Allegro qatarları işləməyə davam edirdi.

Bu qatar marşrutu Avropa İttifaqı ilə Rusiya arasında sonuncu fəaliyyətdə olan dəmiryolu xətti idi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.