Siyasət

“Təsəvvür edin, stadionda 14 min cəsəd var”

19 Mart 2022 07:15
0 Şərh     Baxış: 1 144

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Moskvadakı "Lujniki" stadionunda Krımın Rusiyaya birləşdirilməsinin 8-ci ildönümünə həsr olunmuş konsertin keçirilməsinə münasibət bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, videomüraciətində konsertdə işitrak edən insanların sayını Ukraynaya qarşı müharibədə iştirak edən rus hərbçilərin sayı ilə müqayisə edib.

"Bu gün (dünən-red) Moskvada Krımın ələ keçirilməsinin ildönümü ilə bağlı çoxlu sözlər deyilib. Böyük mitinq keçirilib. Bir detala diqqət çəkmək istəyirəm: mitinqdə ümumilikdə 200 minə yaxın insanın iştirak etdiyi bildirilir. 100 min insan küçələrdə, 95 mini isə stadionda. Bu, Ukraynanın işğalında iştirak edən rus hərbçilərinin sayına bərabərdir. Təsəvvür edin, Moskvada həmin stadionda 14 min cəsəd var. Və on minlərlə yaralı və şikəst insan", - Zelenski bildirib.

Zelenski xatırladıb ki, Rusiya Ukraynaya hücumu səbəbindən artıq bu qədər itki verib:

"Bu, üç həftəlik müharibənin nəticəsidir. Müharibə başa çatmalıdır. Ukraynanın təklifi masadadır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.