Siyasət

70 yapon Ukraynada Rusiyaya qarşı vuruşmaq istəyir

2 Mart 2022 11:25
0 Şərh     Baxış: 2 690

Yaponiyada artıq 70 vətəndaş Ukraynada Rusiyanın silahlı birləşmələrinə qarşı döyüşmək istədiyini bildirib.

Milli.Az Mainichi Shimbun-a istinadən bildirir ki, onlar Ukraynaya könüllülər qismində yollanmaq fikrində olduqlarını bəyan ediblər.

Xatırladaq ki, hazırda təqribən 8 ölkədə vətəndaşlar könüllülər qismində Ukraynaya yollanaraq döyüşmək istədiklərini bildiriblər.

Bu arada Ukrayna ordusunda xüsusi legion yaradılır. Prezident Vladimir Zelenski bununla bağlı qərar vermişdi.

"Beynəlxalq Legion" adlı xüsusi hərbi birləşmələr Müdafiə Nazirliyinin nəzdində qurulur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.