Ata oğlunu bu yanğına görə öldürüb?

2 Yanvar 2020 10:44

Fövqəladə Hallar Nazirliyi Göygöl rayonunda baş verən yanğınla bağlı məlumat yayıb. 

Azərbaycanda DƏHŞƏTLİ OLAY: Oğul evi yandırdı, ata onu qətlə yetirdi - FOTO

Milli.Az xəbər verir ki, rəsmi məlumata əsasən, Nadil kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə, dam örtüyü və evin yaxınlığında 100 p.m çəpər yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xatırladaq ki, ilkin məlumata görə, sözügedən evi bu gün qətlə yetirilən 1978-ci il təvəllüdlü Mahir Bayramov törədib. Məlumata əsasən, məhz yanğını törətdiyinə görə 1950-ci il təvəllüdlü atası Yaşar Bayramov Mahiri öldürüb.

Milli.Az