Ağdamda fərdi yaşayış evində partlayış olub, xəsarət alan var

11 Dekabr 2019 09:39

Fövqəladə Hallar Nazirliyi Ağdamda evdə baş verən yanğınla bağlı məlumat yayıb.

Ağdamda EV YANDI: ailənin 4 üzvü tüstüdən zəhərləndi

Milli.Az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 80 m²olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az