Gərək elə edək ki, digər uşaqlar da Elinanın aqibətini yaşamasınlar - Tanınmış psixoloq - FOTO

18 Aprel 2019 14:09

"Son günlər gündəmi alan Elinanın ölümü həm məktəbliləri, həm də onlara dərs deyən müəllimlərin psixi durumunu bərbad vəziyyətə gətirib çıxarıb desəm, yanılmaram. Hətta bu, birbaşa onların təhsil keyfiyyətini də aşağı salıb. Hadisənin abituriyentlərin imtahan dönəmində baş verməsi birbaşa onlarda psixi hal və davranış pozuntuları ilə bərabər, depressiyalara, yaranacaq psixi sindromlara da yol açdı".

Bu barədə Milli.Az-a tanınmış psixoloq Aytən Ələkbərova bildirib.

Məktəblərdə "açıq qapı" günlərinin keçirilməsinin hansı təsirləri var? - FOTO

 Onun fikrincə, məktəblərdə uşaqlara təlim-təhsil verməklə yanaşı, onların tərbiyəsinə, normal psixoloji durumda böyümələrinə də ciddi diqqət yetirilməlidir: "Uşaqlarda hətta ibtidai siniflərdən qruplaşmalar başladığını çox gözəl sezə bilirik. Buna birbaşa mənfi örnək ailə və ailədaxili intriqalardır. Məktəb isə bunu davam etməsinin qarşısını almalıdır. Yox, əgər məktəbdə müəllimlər arasında dərs bölgüsü intriqası gedirsə və bu şagirdin gözü qarşısında baş verirsə, hansı həmrəylikdən, psixi və fiziki zorakılıqdan qurtarmaqdan danışmaq olar?!

Məktəb psixoloqu əsas haradan və necə başlamalıdır ki, sabah günahkar qismində olmasın? Tarix boyu məktəb elm-təhsil ocağı olub. Lakin bəzən məktəblərdə arzuolunmaz hadisələr də baş verir. Amma onların həlli yolları həmişə olub, onlar qanunla və ya oz aralarında sulh yolu ilə həll edilib".

Psixoloq: “Qadınlar kişilərə pul qabı kimi baxır, kişilər isə qadınları görəndə...” - MÜSAHİBƏ

A.Ələkbərova hesab edir ki, bu gün məktəblərdə bu cür hadisələr baş verməsin deyə, məktəb psixoloqu öncədən apardığı metodikalarla, testlərlə korreksiya yönümlü işlərlə ailədəki dürumu təyin edib məsələlərə fərdi yanaşmalı və uşaqlara dəstək olmalıdır:  
"Digər tərəfdən, axı şagirdlərin sayı çox, psixoloq tək. Bəs onda necə olmalı? Deməli, ibtidai siniflərin öz psixoloqu, 5-8-ci siniflər üçün başqa, 9-11-ci siniflər üçün isə başqa psixoloq olmalıdır. Yalnız belə olduğu təqdirdə bunu normal qaydaya qoymaq olar. Bax o zaman biz sağlam ruhlu övladlar böyüdə bilərik. Çünki məktəbdə uşaqlarda 2-ci şəxsiyyət dövrü 6 yaşdan başlayaraq, yaranacaq xüsuyyətlərdən xarakterə keçid sağlam formada getməlidir. Məktəb-valideyn-psixoloq üçbucağı gələcəyə gedən yolda qapının açarıdır. Bu gün uşaq, şagird, tələbə gözü ilə baxdığımız balalarımız gələcəyin valideyni, müəllimi, həkimi, polisi, vəkili, psixoloqu və s. peşələrin sahibləridirlər. Həm valideynlər, həm məktəb rəhbərləri calışıb uşaqlarla dost olmalı, özlərini dost olaraq qəbul etdirməlidir. Çünki biz nə ediriksə, onlar da onu təkrarlayır".

Tanınmış psixoloqdan sevgililərlə dəyərli məsləhət - Sevginizi başqasının düşüncəsiylə məhv etməyin!

Qeyd edək ki, bu gün Bakının Səbail rayonu Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki humanitar elmlər litseyində təlim keçirilib. Təlimdə cinsəl tərbiyə, "İntihara yox deyək!", valideyn-müəllim-üçbucağı, yeniyetmələrin davranışlarının səbəbləri və onlarla davranış qaydaları mövzularında maarifləndirici mövzulara toxunub. Qərara alınıb ki, psixoloqun bu məktəbdəki görüşləri mütəmadi olsun.

Görüş əsnasında bir neçə şagirdin durumu psixoloqun diqqətini cəllb edib: "Diqqətimi çəkən bir sıra uşaqlar oldu ki, onları sezərək həyəcan təbili çaldım və məktəb rəhbərliyinə onları nəzarətə almaları barədə xəbərdarlıq etdim. O uşaqlarla təcili empatiya qurulmasını xahiş və tələb etdim ki, sonra onlar da Elinanın aqibətini yaşamalı olmasınlar".

İlkin İzzət
Milli.Az