
"Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun fəaliyyətə başlaması Azərbaycan üçün mühüm iqtisadi və sosial əhəmiyyətə malikdir. Bu zavod həm ölkənin ixrac potensialının artırılmasında, həm də məşğulluğun təmin edilməsində mühüm rol oynayacaq".
Milli.Az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.
Prezident İlham Əliyev Sumqayıtda "SOCAR Polymer"in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib - FOTO
Digər tərəfdən, zavod ölkədaxili tələbatın ödənilməsi üçün istehsal fəaliyyətini həyata keçirir, idxaldan asılılıq aradan qaldırılır. Nəzərə almaq lazımdır ki, əvvəlki zavodların da istifadəyə verilməsində əsas məqsəd daxili tələbin ödənilməsi idi. Bu da təbii ki, valyutanın ölkə daxilində qalması və idxaldan asılılığın aradan qaldırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir".
Bəziləri yenidən neftə ümid bəsləyirlər - Qiymətlər necə dəyişəcək?
Digər tərəfdən, burada ixtisaslı kadrlar üçün yeni iş yerləri yaranır. İxtisaslı kadrların işlə təmin olunması isə çox vacib məqamlardan və məşğulluqda həlledici faktorlardan biridir".
Azərbaycanın bu uğuru görülən işlərin məntiqi nəticəsidir
Qeyd edək ki, "SOCAR Polymer" zavodları ilkin mərhələdə ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.
İlkin qiymətləndirmələrə görə, "SOCAR Polymer" zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq.
Böyük infrastruktur işlərinin həyata keçirildiyi, 18 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2,7 milyard dollardan artıq investisiya yatırılıb və bu istiqamətdə mühüm tədbirlər davam etdirilir.
İlkin İzzət
Milli.Az