"Xəzər-Lənkəran" Rusiya çempionatında - İlk oyun bazar günü olacaq - HEYƏT

26 Oktyabr 2018 12:51

"Xəzər-Lənkəran" (Moskva) komandası Rusiyanın futbol üzrə 4-cü divizionunda yarışacaq.

Bu barədə Milli.Az-a komandanın idman direktoru və kapitanı Elnur Babayev məlumat verib.

Onun sözlərinə görə, "Xəzər-Lənkəran"ın 4-cü diviziondakı ilk oyunu oktyabrın 28-də, bazar gunu DM (ДМ) komandası ilə olacaq. Oyun Moskva vaxtı lə saat 18:00, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.



“Xəzər Lənkəran” yenidən yaradıldı - Bu dəfə Moskvada

  Qeyd edək ki, XL-in yer aldığı qrupda çox güclü komandaların olduğu bildirilir. Ona görə də Moskvadakı lənkəranlılara bu çempionatda heç də asan olmayacaq.

İnanırıq ki, "Xəzər-Lənkəran" Rusiya çempionatında layiqli mübarizə apararaq öz gücünü göstərə və böyük uğurlar əldə edə biləcək.

Xatırladaq ki, "Xəzər-Lənkəran" (Moskva) komandası 2018-ci ilin iyun ayının əvvəlində yaradılıb. Onun təsisçiləri əslən Azərbaycandan olan və hazırda Rusiyada yaşayan Elnur Babayev və Ruslan Hüseynov adlı gənclərdir. Yarandıqdan dərhal sonra Moskvada "Urban Cup" kuboku uğrunda mübarizəyə qoşulan XL elə ilk mövsümdəcə turnirin yarımfinalınadək yüksələ bilib.

"Xəzər-Lənkəran"ın kapitanı: "Payızdan Rusiya çempionatında çıxış edəcəyik" - FOTO

Elnur Babayev deyir ki, əgər sponsorları olsaydı, onlar daha yüksək, məsələn 3-cü divizionda da mübarizə apara bilərdilər: "Çempionatda daha yüksək divizionda iştirak etmək üçün yaxşı maddi imkanların olmalıdır. Yəni bu birbaşa komandanın büdcəsindən asılıdır. Hələlik heç bir rəsmi sponsorumuz yoxdur. Məsələn, 3-cü divizonda oynamaq üçün kamerunlu oyunçumuza görə bizdən 1 miyon pul istədilər. Bizim isə belə imkanımız yoxdur. Komanda yalnız öz gücünə uğur əldə edir, Bizə Moskvadakı həmyerlilərimizdən də maddi dəstək olanlar var, amma bu yetərli deyil. Çempionatda çıxış etmək üçün çoxlu vəsait lazımdır. İnanırıq ki, bizim də nə vaxtsa sponsorumuz olar və komandamız daha böyük uğurlar əldə edərək Azərbaycanı daha layiqli şəkildə təmsil edib onun adını daha yüksəklərə qaldıra biləcək. Elə əsas məqsədimiz də burda Azərbaycanı layiqincə təmsil etmək və tanıtmaqdır".

Zəfər Tağı
Milli.Az