"Xəzər-Lənkəran"ın kapitanı: "Payızdan Rusiya çempionatında çıxış edəcəyik" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Burdan bütün "Xəzər-Lənkəran" fanatlarına səslənirik. Bizə dəstək olduqları üçün onlara təşəkkür edirik! Qoy elə daim yanımızda olsunlar. Biz də söz veririk ki, onları gözəl oyunumuz və qələbələrimizlə sevindirəcəyik. Lənkəranımızın və Azərbaycanımızın adını her yerdə uca edək - bu formanı geyinən hər kəs bunun üçün meydanda sonadək mübarizə aparmalı, hətta vuruşmalı və onun haqqını verməlidir".

Bunu Milli.Az-a açıqlamasında Rusiyanın paytaxtı Moskvada yeni yaradılan "Xəzər-Lənkəran" komandasının kapitanı Elnur Babayev bildirib.

Onun sözlərinə görə, komandanın yaradılmasında məqsəd Azərbaycanı Rusiyada layiqincə təmsil və təbliğ etməkdir: "Moskvadakı "Xəzər-Lənkəran" futbol komandası mən və yaxın dostum Ruslan Hüseynov tərəfindən yaradılıb. Mən özüm - Babayev Elnur Siyavuş oğlu Lənkəran rayonunun Boladi kəndində doğulmuşam. Dostum Hüseynov Ruslan Roman oğlu isə Masallının Mahmudavar kəndindəndir. Məqsədimiz burda Azərbaycanımızı layiqincə təmsil etmək və tanıtmaqdır. Çalışırıq biz də ölkəmiz, vətənimiz üçün əlimizdən gələni, bacardığımı edək. İnanırıq ki, bu yolda uğurlar qazanacağıq".


Komandanın kapitanı əlavə edib ki, geyim formasının üzərində "Palmali" sözü həmin şirkət komandanın sponsoru olduğuna görə deyil, başqa səbəbdən yazılıb: "Geyim formamız ənənəvi olaraq vaxtilə Azərbaycanda fəaliyyət göstərən "Xəzər-Lənkəran"ın geyim formasına uyğun olaraq ağ-yaşıl rəngədir. Klubun emblemi də həmin "Xəzər-Lənkəran"ın embleminə oxşayır, sadəcə cüzi dəyişiklik etmişik. Formanın qabağında "Palmali" yazılmasına baxmayaraq, əslində bu şirkət hələlik bizim sponsorumuz deyil. Sadəcə "Xəzər-Lənkəran"a və onun sahibi, tanınmış iş adamı, vətənpərvər yerlimiz Mübariz Mənsimova hörmət əlaməti olaraq şirkətin adını formanın üstündə saxlamışıq".

"Xəzər-Lənkəran" Moskvada rəqiblərinə aman vermir - FOTO
Hazırda "Urban Cup" Kubokundan çıxış edən "Xəzər-Lənkəran" (Moskva) "B" qrupunda keçirdiyi ilk iki oyunun hər ikisində qalib gəlib. Rəqiblərin qapısına 7 qol vuran "XL" öz qapısından bir top belə buraxmayıb.
Qeyd edək ki, "Urban Cup" Kuboku Moskvanın ən genişmiqyaslı həvəskar turnirlərindən biri hesab edilir və turnirdə "Urban Cup" çempionatının yüksək, 1-ci və gənclər liqalarından olan 52 komanda iştirak edir.
Oyunlar Moskvada neytral meydançalarda keçirilir. Bu yarış müxtəlif liqalardan olan komandaların bir turnirdə qarşılaşması üçün unikal imkan və əlavə həvəs yaradır.
Zəfər Tağı
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sabah bəzi ərazilər işıqsız qalacaq - Yenilənib
-
Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
-
Sosial şəbəkələrin gizli tələsi
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
Heyli Biber hamilədir? - (Foto)
-
Sabunçuda psixotrop maddə qəbul edən şagird özünü məktəb binasından atdı - Yenilənib
XƏBƏR LENTİ
-
Sabah bəzi ərazilər işıqsız qalacaq - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Kamboca Krallığının Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb - (Video)
-
Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir?
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
-
Sosial şəbəkələrin gizli tələsi
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
Heyli Biber hamilədir? - (Foto)
-
Sabunçuda psixotrop maddə qəbul edən şagird özünü məktəb binasından atdı - Yenilənib
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır





