"Xəzər-Lənkəran"ın qələbələr seriyası davam edir - FOTO

25 İyul 2018 12:32

"Xəzər-Lənkəran" Moskvada rəqiblərinə aman vermir - FOTO

Moskvada 8x8 sistemi üzrə həvəskarlar arasında keçirilən "Urban Cup" Kubokunda çıxış edən "Xəzər-Lənkəran" (Moskva) "B" qrupunda keçirdiyi ilk 3 oyunun hamısında qalib gəlib.

Milli.Az xəbər verir ki, rəqiblərin qapısına 9 qol keçirən "XL" öz qapısından bircə top belə buraxmayıb.

"XL" sonuncu "qurbanı" "Projiqatel" komandası olub. Oyun "XL"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bundan əvvəl "XL" "İsfana"ı 5:0, ""Nord-East United"i isə 2:0 hesabları ilə məğlub edib.

Hazırda "Xəzər-Lənkəran" 9 xal və 9 qolla qrupda vahid liderdir. Komandanın növbəti rəqibi cəmi 2 xal toplamasına baxmayaraq, hələ ki, məğlubiyyət bilməyən "DFK Alyans" olacaq.

"Xəzər-Lənkəran"ın kapitanı: "Payızdan Rusiya çempionatında çıxış edəcəyik" - FOTO

Xatırladaq ki, "Urban Cup" Kuboku isə Moskvanın ən genişmiqyaslı həvəskar turnirlərindən biri hesab edilir və turnirdə "Urban Cup" çempionatının yüksək, 1-ci və gənclər liqalarından olan 50-dən çox komanda iştirak edir.

Oyunlar Moskvada neytral meydançalarda keçirilir. Bu yarış müxtəlif liqalardan olan komandaların bir turnirdə qarşılaşması üçün unikal imkan və əlavə həvəs yaradır.

Qeyd edək ki, "Xəzər-Lənkəran" (Moskva) komandası bu il iyun ayının əvvəlində yaradılıb. Onun təsisçiləri əslən Azərbaycandan olan və hazırda Rusiyada yaşayan Elnur Babayev və Ruslan Hüseynov adlı gənclərdir.

Komandanın kapitanı və idman direktoru Elnur Babayevin sözlərinə görə, komanda payızdan etibarən Rusiya çempionatında çıxış etməyi planlaşdırır. Bunun 3 və ya 4-cü liqa olması isə maddi imkanlardan və dəstəkdən asılı olacaq.

Zəfər Tağı
Milli.Az