BŞH rəhbərliyindən Formula 1 açıqlaması - Builki həftəsonu çox fərqli olacaq

9 Fevral 2018 16:20

"Builki yarış həftəsonu çox fərqli olacaq".

Milli.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqası (BŞH) icraçı direktoru Arif Rəhimov dünya şöhrətli "Jamiroquai" qrupunun Bakıya gəlişinə və burada 2018 Formula 1 Azərbaycan Qran Prisi zamanı konsert verməsinə münasibətində bildirib.

Onun sözlərinə görə, şirkət 2018 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun cümə günü axşam saatlarında baş tutacaq canlı konsert proqramı ilə əyləncəli tədbirlərin açılışını edəcək "Jamiroquai" qrupunu Bakıda qarşılayacaqları üçün çox şaddır:

Bütün biletləri tam satılan dünya şöhrətli musiqi qrupu Bakıda konsert verəcək

"Dünyada özünəməxsus səsi və yüksək enerjili performansı ilə məşhurlaşmış çox az musiqi qrupu var. Cey Keyin rəhbərliyindəki bu qrup musiqi tarixində istedadlı və nadir sayılan xüsusiyyətlərə malik belə qruplardan biridir və onun özü həm də avtomobillər üzrə böyük həvəskardır. Bu qrupun gəlişi yarış həftəsonunun bütün iştirakçıları üçün ən ideal seçimdir və Bakıda sayca üçüncü dəfə keçiriləcək Formula 1 yarışının açılışını bundan daha yaxşı şəkildə qeyd etmək mümkün olmazdı. Bakıda bizimlə birlikdə olmağa çalışın və biletlərinizi indidən əldə etməyə tələsin. Həqiqətən, builki yarış həftəsonu çox fərqli olacaq".

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə bildirib ki, Formula 1 Azərbaycan Qran Prisi yarışları zamanı dünya şöhrətli musiqiçilərin konsertləri ilə yanaşı, diceylərin iştirakı ilə möhtəşəm şou-proqramlar da təşkil ediləcək: 

"Budəfəki Qran Pri dövründə 3 dünya şöhrətli musiqiçilərlə yanaşı, 3 dünya ulduzu olan diceylər də dəvət etmişik. Onların adları ayrıca açıqlanacaq. Hələlik, digər məşhur musiqiçilər və ulduz diceylərlə danışıqlar gedir. Konsertlərən sonra diceylərin iştirakı ilə shərədək şoular təşkil ediləcək. Ona görə də, ümid edirik ki, bu yenilikdən sonra həm avtoidman, həm də əyləncə həvəskarları bilet alışına daha çox maraq göstərəcəklər".

Onun sözlərinə görə, Dənizkənarı bulvar ərazisindəki 2 km-lik zonada yenə də əyləncələr olacaq. Sadəcə hava şəraiti nəzərə alınaraq, bəzi əyləncələr apalı məkanlarda təşkil ediləcək: "Bu il daha çox şou xarakterli əyləncələr olacaq. Bilirsiz ki, bizdə həm oyun, həm də mədəniyyəti tanıdan zonlara olur. Bu il isə proqrama əlavə olaraq çoxsaylı şoular daxil etmişik. istəyirik ki, ora gələn bütün insanlar gün ərzində bolluca əylənə bilsinlər. Yürüşlər bitəndən sonra isə hər axşam hamı "Kristal Zal"a yığışıb konsertə, diceylərin şousuna və avtopartilərə gedəcək".

Qeyd edək ki, hələlik dəqiqləşmiş məlumata görə, 2018 Formula 1 Azərbaycan Qran Prisinin ilk günündə "Jamiroquai" qrupu konsert verəcək. Fank musiqi janrının əfsanələri aprelin 27-də "Kristal Zal"da tamaşaçıların qarşısına çıxaraq canlı performans nümayiş etdirəcəklər.
 

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində